Səfərbərlik Xidməti şəhid jurnalistləri medalla təltif etdi

Səfərbərlik Xidməti şəhid jurnalistləri medalla təltif etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

“Poliqon”un məlumatına görə, bununla bağlı SHXÇDX-nin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə” medalı ilə təltif ediliblər.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.

Rizvan Fikrətoğlu

Poliqon.az 

CATEGORIES
TAGS