Səfir Bilal Haye: Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan-Pakistan əlaqələrinin əsas sütunudur

Səfir Bilal Haye: Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan-Pakistan əlaqələrinin əsas sütunudur

JF-17 döyüş təyyarəsi Azərbaycanın düşünməli olduğu cəlbedici platformadır

Azərbaycan və Pakistan əlaqələri, o cümlədən ikitərəfli hərbi və hərbi texniki əməkdaşlıq son illər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunur. İki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur. Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye ilə müsahibəmizdə iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanlarına nəzər salmağa çalışdıq.

Poliqon: Cənab səfir, ilk növbədə oxucularımıza Azərbaycanla Pakistan arasındakı əlaqələr barədə məlumat verməyinizi istərdik.

Bilal Haye: Pakistan və Azərbaycan ümumi maraqlara, o cümlədən dini, tarixi-mədəni dəyərlərə əsaslanan ikitərəfli yüksək əlaqələrə malikdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, sonra diplomatik münasibətlər quran ilk ölkələrdən biridir. Gələn ilin iyun ayında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyik.

MRS6372 scaled e1635431915217

Bu gün bu əlaqə daha möhkəm, çoxölçülü və davamlı yüksələn xətt üzrə hərəkət edir. Hər iki tərəfdən prioritetlər arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni münasibətlərin gücləndirilməsi var. Təhsil, səhiyyə və idman sahələrində əməkdaşlığın genişləndirilməsinə də qarşılıqlı maraq var. Müvafiq ölkələri ziyarət edən parlament nümayəndə heyətləri də daxil olmaqla tez-tez yüksək səviyyəli görüşmələr keçirilir. Yaxın gələcəkdə iki ölkə arasında birbaşa aviauçuşların başlaması ikitərəfli ticarətin və turizmin daha da inkişaf etdirilməsinə kömək edəcək.

Poliqon: Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında nə deyə bilərsiniz?

Bilal Haye: Müdafiə və hərbi sahədə əməkdaşlıq bu əlaqələrin güclü və dinamik sütunu olmuşdur. İki ölkə arasında 2015-ci ildə imzalanmış Strateji Əməkdaşlıq Sazişi də daxil olmaqla bir sıra Müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə və sazişlər imzalanmışdır. Hərbi təlim, hərbçi mübadiləsi, birgə təlimlər və ikitərəfli təlimlər kimi müxtəlif sahələri əhatə edən digər memorandum və sazişlər mövcuddur. Bu əməkdaşlıqlar nəinki iki ölkənin müvafiq qüvvələrinin potensialının artırılmasına kömək edir, həm də bu səmimi əlaqəni daha da gücləndirmək üçün qarşılıqlı inamı və qardaşlığı artırır.

Poliqon: Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı gücləndirmək üçün hansı addımlar atılır?

Bilal Haye: Pakistan xüsusilə müdafiə və hərbi əməkdaşlıq sahəsində Azərbaycanla əlaqələrinə üstünlük verir. Yeni azad edilmiş ərazilərdən minaların təmizlənməsi ilə bağlı Azərbaycanın qarşısında duran mühüm vəzifəni nəzərə alan Pakistan, qardaş Azərbaycan xalqına texniki və kadr yardımı təklif etmişdir.

Poliqon: Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının “Üç qardaş-2021” birgə təlimi keçirilmişdır. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

MRS6364 scaledBilal Haye: Hamımız, bir neçə vaxtdı üç qardaş ölkənin xüsusi təyinatlılarının birgə təlimlərə başlayacağı münasib günü gözləyirdik. Bu üçtərəfli təlim Xarici İşlər və Müdafiə nazirlikləri , Parlamentlər və digər qurumlar da daxil olmaqla davam edən üçtərəfli əməkdaşlığın bir hissəsidir. Əminəm ki, bu təlimlər üç ölkənin qüvvələrini ümumi təcrübə, peşəkarlıq və hərbi taktikadan ümumi mənfəət naminə öyrənməyə, daha da yaxınlaşdırmağa kömək etmişdir.

Poliqon: Azərbaycan və Pakistanın müdafiə sənayesi sahəsində mövcud əlaqələri və gələcək planları haqqında nə deyə bilərsiniz? Bu planlara müdafiə sənayesində birgə müəssisələr qurmaq daxildirmi?

Bilal Haye: Daha əvvəl də qeyd etdiyim kimi, müdafiə və ordu sahələrində əməkdaşlıq əlaqələrimizin ən möhkəm və əsas sütunu olmuşdur. Bu əlaqələri daha da genişləndirmək və şaxələndirmək lazımdır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq və qabaqcıl platformaların hazırlanması üçün ortaq bir müəssisənin araşdırılması həmişə masada bir seçimdir. 44 günlük Vətən müharibəsində müasir müharibənin uğurla həyata keçirilməsi ilə qabaqcıl müdafiə və hücum platformalarının inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Həm Pakistanın, həm də Azərbaycanın bu sektorlarda ortaq müəssisələr vasitəsilə qarşılıqlı fayda üçün istifadə edilə bilən öz iş sahələri var. Əminəm ki, müvafiq orqanlarımız müdafiə qabiliyyətimizin gücləndirilməsi və təkmilləşdirilməsi üçün bütün imkanları araşdıracaqlar.

Poliqon: Azərbaycan Pakistandan hərbi məhsullar alır, bunun davamı olaraq JF-17 qırıcı təyyarələrinin ixrac potensialı varmı?

ee74fa70acc54ff8b6d63862f52fd65d 1 e1635429319443

Bilal Haye: Azərbaycan Pakistandan təlim təyyarələri də daxil olmaqla müxtəlif növ hərbi məhsullar alır. Müasir döyüşlərdə hava gücünə güvəndiyimizi nəzərə alsaq, düşünürəm ki, Pakistanın JF-17 döyüş təyyarəsi, əlbəttə ki, Azərbaycanın düşünməli olduğu cəlbedici bir platformadır. JF-17 döyüş təyyarəsinin yeni hazırlanmış “Blok 3” modifikasiyası, digər 4-cü nəsil platformalar ilə yüksək rəqabətə davamlı avionika da daxil olmaqla zəruri avadanlıqlarla təchiz edilmişdir. Düşünürəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrində JF-17 təyyarəsinin olmasının ən vacib tərəfi, bu platformanın çatdırılmasından sonra əngəlsiz və etibarlı istismarı və texniki xidməti olardı.

Zaur Babaşov

Poliqon Jurnalı

CATEGORIES
TAGS