POLİQON (AZERİ DEFENCE) jurnalının 4 (54) 2021 sayı

POLİQON (AZERİ DEFENCE) jurnalının 4 (54) 2021 sayı

POLİQON jurnalının İyul-Avqust-Sentyabr 2021-ci il tarixli 4 (54) sayı çapdan çıxıb.

Dəyərli oxucularımız “Poliqon” səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

“Poliqon” jurnalının yeni sayında “Roketsan”, “Otokar”, STM, FNSS  və “İşbir” şirkətlərinin rəhbərliyindən yeni hərbi təyinatlı məhsulları haqqında və Azərbaycana yönəlik açıqlamalar, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayedən müsahibə, o cümlədən IDEF-2021 sərgisində nümayiş etdirilən yeniliklər, habelə “Müharibədən sonra artilleriya silahlarının təkmilləşdirilməsinə baxış”, “Region ölkələrinin müasir HHM və RƏM sistemləri”,  “DSX dənizdə sərhəd mühafizəsini gücləndirir” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş