Şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib, 15700 sosial ödəniş təyin edilib

Şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib, 15700 sosial ödəniş təyin edilib

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət 33 min şəxs dəstək tədbirləri ilə əhatə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib.

Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyi qiymətləndirilərək, 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.

Nazirlikdən bildirilib ki, bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək. 2021-ci il üzrə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Vətən müharibəsindən sonrakı bir ildə bu kateqoroyadan olan 5500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Poliqon.az

CATEGORIES