
Prezident İlham Əliyev dekabr ayının 29-da dövlət sərhədində ermənilərin təxribat cəhdinin qarşısını alınması zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.
“AzeriDefence”nin məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.



