Şəhid Elçin Həsənlinin anım mərasimi keçirilib

Şəhid Elçin Həsənlinin anım mərasimi keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə C.Naxşıvanski adına Hərbi Liseydə şəhid Elçin Həsənlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhid Elçin Həsənlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Şuşa uğrunda  gedən döyüşdə şəhid olan Elçin Həsənli göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

səhid1 1

Poliqon.az

CATEGORIES
TAGS