Xəbərlər

Şəhid mayor Şahlar Cəfərovun xatirəsi anılıb

Sabirabadın Xəlfəli kəndində anadan olan şəhid mayor Şahlar Cəfərovun şəhadətə yüksəlməsinin ildönümündə məzarı doğmaları, həmkəndliləri, məktəblilər, döyüş yoldaşları, rayon ziyalıları tərəfindən ziyarət edilib.

“Poliqon”un məlumatına görə, Cəfərovlar ailəsindən Vətən müharibəsinə iki qardaş – Şahlar və Bahadur, eləcə də Şahların oğlu Seyfi də olmaqla üç nəfər yollanıb. Şahlar ehtiyatda olan zabit olub. Onlar fərqli cəbhələrdə düşmənə qarşı döyüşlərdə iştirak ediblər.

Mayor Şahlar Cəfərovun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Hadrut istiqamətində öz taboru ilə birlikdə düşmənə ağır zərbələr vurub. Oktyabrın 20-də isə gərgin döyüşlərin birində şəhadətə ucalıb.

Şahlar Cəfərov doğulub boya-başa çatdığı Sabirabad rayonunun Xəlfəli kəndində torpağa tapşırılıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Poliqon.az

Back to top button