Şəhid pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib

Şəhid pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib

Azərbaycan Hərbi Tarixi muzeyində şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, mərasimdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən şəhidin xidmət yoldaşları, ailə üzvləri, kütləvi informasiya vasitələrinin əməkdaşları və digər qonaqlar iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid pilot polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərə bağlılığından söhbət açıblar. Anım mərasimində xidmət yoldaşları şəhid pilotla bağlı xatirələrindən danışıblar.

Mərasim R.Atakişiyevin həyat və döyüş yoluna həsr olunmuş “Sonuncu uçuş” adlı sənədli filmin nümayişi ilə davam edib. Mərasimdə Xalq artisti Fidan Hacıyevanın ifasında Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş “Yolun düşsə, bu yerlərə bir də gəl” mahnısı səslənib.

Anım mərasimi bədii hissənin təqdimatı və şəhidə həsr olunan sərginin nümayişi ilə sona çatıb.

ata2 ata3 atak

Poliqon.az

CATEGORIES
TAGS