Selçuk Bayraktar: Kosmik sahə kritik əhəmiyyətə malikdir
Kosmik sahə kritik əhəmiyyətə malikdir.
“Poliqon” xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (“IAC 2023 Baku”) zamanı jurnalistlərə açıqlamasında “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
Dünyanın ən nüfuzlu astronavtika konqresinin 50 ildən sonra yenidən Bakıda keçirildiyini vurğulayan S.Bayraktar, buraya TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında çempion olmuş 500-ə yaxın gənc ilə birlikdə qatıldıqlarını, eləcə də Türkiyə Kosmik Agentliyinin (TUA), ASELSAN, “Roketsan”, TUSAŞ, STM və digər yerli şirkətlərin stendlə təmsil olunduqlarını diqqətə çatdırıb.
O bildirib ki, müasir dövrdə texnologiya vacib əhəmiyyət daşıyır və kosmik sahə də kritik önəmə malik sektorlardan biridir.
“Baykar” şirkətinin texniki direktoru Azərbaycan ilə PUA sahəsindəki əməkdaşlığa toxunaraq qeyd edib: “Azərbaycan ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq edirik. Burada şirkətimizi yaratdıq. Həmin şirkət texnologiyanın inkişafı üzərində də işləyir”.