
Serbiyanın Kraquyevats şəhərində müdafiə sənayesi zavodunda güclü partlayış baş verib.
“AzeriDefence”in məlumatına görə, bu barədə Serbiya Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilib.
Təmir-texniki zavodunda baş verən yanğın və partlayışlar nəticəsində bir nəfər həlak olub, ən azı 25 nəfər xəsarət alıb.
Hadisə zamanı zavodun 3 əməkdaşı itkin düşüb, onlar haqqında heç bir məlumat yoxdur. Xəsarət alanlar Serbiya Ordusunun və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.
Məlumatda o da qeyd olunub ki, zavodda bir-birinin ardınca iki böyük partlayışdan sonra güclü yanğın olub, bir neçə döyüş sursatları ilə dolu sex yanıb.
Hadisə yerinə yanğınsöndürmə biriqadası, təcili tibbi yardım xidməti və hərbçilər cəlb olunub.



