
Serbiyanın “Yugoimport SDPR” dövlət şirkəti yeni yaradılan “Sumadija” taktik raketini nümayiş etdirib.
“AzeriDefence”nin məlumatına görə, idarə olunan 400 mm-lik raketin uzunluğu 8,25 metrdir.
“Sumadija” yeni nəsil yaylım atəş sistemləri üçün nəzərdə tutulub və hədəf radiusu 300 km-dir.
Raketin texniki xüsusiyyətləri ilə bağlı əlavə məlumat verilməyib.
Şirkətin mütəxəssislərinin sözlərinə görə isə“Sumadija” qısa zamanda hərbi sənaye məhsulları arasında öz yerini tuta biləcək.





