Xəbərlər

Səudiyyə Ərəbistanı AWACS təyyarələrini yenidən təkmilləşdirir

Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (RSAF) aviasiya parkında yer alan 5 ədəd E-3 AWACS təyyarəsini RSAF AWACS Modernləşdirmə Proqramı Faza 2 çərçivəsində təkmilləşdirəcək.

“Poliqon” xəbər verir ki, proqram çərçivəsində Səudiyyə Ərəbistanı ilə “Boeing” şirkəti arasında “Boeing E-3 Sentry” AWACS (Airborne Warning and Control System) təyyarə parkını modernləşdirmək üçün 397,9 milyon ABŞ dolları dəyərində müqavilə bağlanıb.

Müqaviləyə əsasən 2026-cı il fevralın 21-nə qədər Səudiyyə Ərəbistanının 5 ədəd E-3 AWACS Havadan Xəbərdarlıq və Nəzarət təyyarəsi təkmilləşdiriləcək.

Qeyd edək ki, “Boeing” şirkəti bundan əvvəl, 2019-cu ildə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus AWACS təyyarələrini modernizə edib. Modernizasiya nəticəsində AWACS təyyarələri xəbər mərkəzi, seyr və rabitə sistemləri ilə yanaşı yeni nəsil təsbit, diaqnostika və dost-düşmən tanıma sistemləri ilə təchiz olunub.

Poliqon.az

Back to top button