Səudiyyə Ərəbistanı Türkiyədən “Akıncı” PUA-ları alır

Səudiyyə Ərəbistanı Türkiyədən “Akıncı” PUA-ları alır

Türkiyənin “Baykar” şirkəti Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrini (HHQ) və Hərbi Dəniz Qüvvələrini (HDQ) “Akıncı” pilotsuz uçuş aparatı ilə təmin edəcək.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, “Akıncı” PUA-nın alqı-satqısı ilə bağlı müqavilə “Baykar”ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari tərəfindən imzalanıb.

İmza mərasimi iki ölkənin nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirilən görüşündən sonra baş tutub. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da iştirak edib.

Müqaviləyə əsasən, “Baykar” şirkəti sifarişçiyə “Akıncı” PUA-larının tədarükü ilə yanaşı, həm də təlim, texniki dəstək və logistika xidmətləri göstərəcək.

Poliqon.az

CATEGORIES
TAGS