SHXÇDX-da “Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

SHXÇDX-da “Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)  yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin bütün şəhər və rayonlarında müvafiq qururmlarla birgə təhsildə, idmanda və rayonun ictimai həyatında fərqlənən gənclərin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda görüşlər keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladların əziz xatirələri yad olunub.

Gənclər tərəfindən maraqla qarşılanan tədbirlərdə Azərbaycan gəncliyinin hamisi olmuş ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə məlumat verilib. Azərbaycan xalqını mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ölkənin dövlətçilik salnaməsinə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyi olan ulu öndər Heydər Əliyevin gənclərə örnək olan həyat fəlsəfəsindən bəhs edilib.

Qeyd edilib ki, Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclər işğal edilmiş torpaqların azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq, rəşadət, şücaət nümayiş etdirdilər. İndi isə onlar azad olunmuş ərazilərin abadlaşdırılması və yenidən qurulmasında fəal iştirak edirlər.

Poliqon.az

CATEGORIES