SHXÇDX rəisi Qazaxda vətəndaşları qəbul edəcək

SHXÇDX rəisi Qazaxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 27 oktyabr 2023-cü il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Qazax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 23 oktyabr 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

 

CATEGORIES