SHXÇDX rəisi Qubada vətəndaşları qəbul edib

SHXÇDX rəisi Qubada vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov martın 15-də Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, qəbulda 24 vətəndaşın müraciəti dinlənilib.

Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, təkrar tibbi müayinəyə cəlb olunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

CATEGORIES