Xəbərlər

Xankəndi ərazisində silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

“Poliqon” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Back to top button