MüdafiəXəbərlər

“Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, təlimdə ölkəmizi təmsil edən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Back to top button