
Böyük Britaniya Ordusu və Hərbi Dəniz Qüvvələri (HDQ) “BAE Systems” şirkətinin istehsalı olan “One-Way Effector” (OWE) pilotsuz uçuş aparatını (PUA) geniş şəkildə sınaqdan keçirib.
Bu barədə “Poliqon” “BAE Systems” şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, şirkətin “Callen-Lenz” bölməsi tərəfindən hazırlanan “Nyan OWE”, həm dəniz, həm də quru əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Pilotsuz uçuş aparatı 2,9 metr qanad açıqlığına malikdir və dəqiq zərbə imkanlarını təmin etmək üçün təyin olunub.



