Xəbərlər

“Boxer CRV” zirehli maşınlarının ilk partiyası sifarişçiyə çatdırılıb

Almaniyanın “Rheinmetall” şirkəti tərəfindən istehsal edilən 8×8 təkər formuluna malik “Boxer CRV” zirehli maşınların ilk 25 ədədi Avstraliya Ordusuna təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.

“LAND 400 Phase 2 Mounted Combat Reconnaissance Capability” layihəsi çərçivəsində “Rheinmetall” şirkəti tərəfindən Avstraliya Silahlı Qüvvələrinə 131 ədədi CRV (Combat Reconnaissance Vehicles) variantında olmaqla, ümumilikdə 211 ədəd “Boxer” 8×8 zirehli nəqliyyat vasitəsinin çatdırılması planlaşdırılıb.

Bununla bağlı şirkət və Avstraliya Ordusu arasında 2018-ci ildə dəyəri 5.2 milyard ABŞ dolları olan müqavilə imzalanıb.

Layihə çərçivəsində tədarük ediləcək “Boxer” transportyorları hazırda Avstraliyanın Silahlı Qüvvələrinin texnika parkında yer alan 257 ədəd ASLAV zirehli maşınlarını əvəzləyəcək.

Poliqon.az

Back to top button