Xəbərlər

SHXÇDX rəisi Sabirabadda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 fevral 2023-cü il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Sabirabadda Saatlı, İmişli, Beyləqan, Xocavənd və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

SHXÇDX mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə qəbula yazılmaq istəyən vətəndaşların 14 fevral 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Poliqon.az

Back to top button