
Dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsaitin həcmini açıqlayıb.
“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1 dekabr 2016-cı il tarixədək Fondun hesablarına 78 192 264,96 AZN, 212 373,88 ABŞ dolları, 5635,69 avro və 5000 rubl vəsait daxil olub.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun manat hesabındakı vəsait ilin əvvəli ilə müqayisədə (11 ay ərzində) 8 344 271 AZN, ABŞ dolları hesabında 582 dollar, Avro hesabındakı vəsait isə 3842 avro artıb.



