“Siper” Blok-2 ZRS-nin ilk atış sınağı keçirilib – VİDEO

“Siper” Blok-2 ZRS-nin ilk atış sınağı keçirilib – VİDEO

Türkiyədə “Siper” Blok-2 zenit-raket sisteminin (ZRS) ilk atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Haluk Görgün özünün “X” (Twitter) hesabında paylaşım edib.

Qeyd edək ki, “Siper” zenit-raket sistemi Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında TÜBİTAK-SAGE mərkəzi, “Roketsan” və ASELSAN şirkətləri tərəfindən birgə hazırlanıb.

2018-ci ildə hazırlanmağa başlanan “Siper” ZRS “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahibdir.

“Siper” ZRS-nin batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

CATEGORIES
TAGS