“Siper” ZRS-nin növbəti atış sınağı keçirilib

“Siper” ZRS-nin növbəti atış sınağı keçirilib

Türkiyənin uzaq mənzilli “Siper” hava hücumundan müdafiə sisteminin növbəti atış sınağı keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünü “Twitter” hesabında bildirib.

“Uzun mənzilli hava hücumundan müdafiə raket sistemimiz “Siper” addım-addım yüksəlir. “Siper” son sınaq atışında yüksək sürətli hədəflərdə 100 kilometri gözünə kəstirdiyini göstərdi”, – deyə İsmail Dəmir qeyd edib.

“Siper” zenit-raketi sistemi (ZRS) Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında  “Roketsan” və “Aselsan” şirkətləri, TÜBİTAK-SAGE mərkəzi tərəfindən birgə hazırlanıb.

2018-ci ildə hazırlanmağa başlanan “Siper” ZRS “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahib olacaq.

“Siper” zenit-raket sistemi batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş