Xəbərlər
Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ANAMA-da olub

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçiak ilə görüşüb.
Bu barədə “Poliqon”a ANAMA-dan məlumat verilib.
Görüş zamanı işğaldan azad edilən ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulan prioritetlərə əsasən planlaşdırılan fəaliyyət barədə məlumat verilib.
Səfərin məqsədi ANAMA-nın işğaldan azad edilən ərazilərində həyata keçirdiyi humanitar minatəmizləmə fəaliyyəti ilə yaxından tanışlıq, o cümlədən Slovakiya tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikir mübadiləsi aparılıb.




