“Smiths Detection”dan bioloji təhdidlərə qarşı yeni sistem
“Smiths Detection” şirkəti bioloji təhdidləri aşkar etmək üçün nano-intellektual sistemini yaratmağa başlayıb. “ANP Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılacaq bu system NİDS – Nano-Intelligent Detection System adlanır. Bu sistem bazarda “Prime Alert” və “BioCheck” sistemləri ilə yanaşı yer alacaq. NIDS sistemi bir analiz ilə 5 müxtəlif bioloji təhlükəni müəyyən etməyi bacarır.
KATEQORIYA: Sənaye