“Smiths Detection”dan yeni nəsil X-ray

“Smiths Detection” böyük həcmli yükləri yoxlamaq üçün yüksək enerjili yeni nəsil X-ray sistemini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni X-ray cihazı 30 sm qalınlığında polad lövhənin altındakı cismləri aşkar edə bilir.
Şirkətin yaydığı məlumata görə, ABRA™ texnologiyalarına əsaslanan “HCVP 6030 viZual” adlı bu bu cihaz əsasən yük nəzarəti üçün nəzərdə tutulub. X-ray saatda 100 yük maşınına və ya konteyner yükünə baxış keçirə bilir.

“Smiths Detection” şirkətinin prezidenti Mal Maginnis bildirib ki, bu cihazın cəld yük buraxma qabiliyyəti və yüksək təhlükəsizlik tələbləri mövcuddur. Öz növbəsində bu da həm yük avtomobillərinin sürücüləri, həm də operatorlar üçün idealdır. Artıq şirkət yeni X-ray sistemi ilə bağlı sifarişlər almağa başlayıb.

CATEGORIES