SOMDA-nın hərbi qulluqçuları “Eternity-2023” təlimində iştirak edib

SOMDA-nın hərbi qulluqçuları “Eternity-2023” təlimində iştirak edib

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimində strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib.

Qeyd edək ki, “Eternity” Kompyuter dəstəkli Komanda-Qərargah Təlimi 2000-ci ildən başlayaraq Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə Nazirliklərinin və ixrac boru kəmərlərinin mühafizəsini həyata keçirən qurumlarının nümayəndələrinin iştirakı ilə hər il bir dövlətdə olmaqla həyata keçirilir.

CATEGORIES