Son 10 ildə kibertəhlükəsizlik sahəsində görülən işlər açıqlanıb

Son 10 ildə kibertəhlükəsizlik sahəsində görülən işlər açıqlanıb

Son 10 ildə kibertəhlükəsizlik sahəsində Elektron Təhlükəsizlik Xidməti tərəfindən geniş maarifləndirmə tədbirləri təşkil edilib, əməkdaşlıq əlaqələri genişləndirilib, dövlət və özəl sektora məxsus internet informasiya sistemlərinin təhlükəsizlik auditi həyata keçirilib.

Bu barədə “Poliqon” Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verib.

Belə ki, ötən dövr ərzində 5400-dək fiziki və hüquqi şəxslərə kibertəhlükəsizlik sahəsində metodiki dəstək göstərilib. Kiber insidentlər və kiber təhlükələr barədə 2000-dək xəbərdarlıq dərc edilib, vətəndaşların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi istiqamətində 80-dək təlim təşkil edilib. Həmçinin kibertəhlükəsizlik sahəsində 15-dək ölkə və təşkilatla əməkdaşlıq qurulub.

2022-2023-cü illər ərzində dövlət və özəl qurumlara məxsus 250 internet informasiya sistemlərinin auditi həyata keçirilib.

CATEGORIES