Xəbərlər

Son model termal binokulyar – ENVG-B

ABŞ sıravi əsgərin texniki təchizatı səviyyəsinə görə digər ölkələri çox qabaqlayır.

“Poliqon” xəbər verir ki, növbəti nümunə kimi, “Lancer Brigade” rəsmi Twitter səhifəsində 23-cü piyada alayının 4-cü taburunun əsgərlərinin ən son model ENVG-B termal binokulyarından istifadə etdikləri təlimdən paylaşım edib.

Təlimlər Vaşinqton ştatındakı Levis-Makkord bazasında keçirilib. Təlimdən hazırlanan videoçarxa baxdıqdan sonra yeni binokulyar sayəsində əsgərlərin qaranlıqda necə bir şəkil gördüyünü anlamaq mümkündür. Beləliklə, kompüter sistemi müxtəlif obyektlərin konturlarını işıqlandırır və rəng təsviri gün işığına yaxınlaşdırır.

ENVG-B, qaranlıqda obyektləri adi rənglərə mümkün qədər yaxın şəkildə göstərən yeni nəsil ENVG dəbilqəyə quraşdırılan termal kameranın daha da təkmilləşdirilmiş versiyasıdır. Naqilsiz məlumat ötürülməsini dəstəkləyən FWS-I termal nişangahı ilə birlikdə döyüşçülər gizləndikləri sığınacağı tərk etmədən və ya küncdən nişangahın görüntüləri binokulyara almaqla hədəfləri məhv edə biləcəklər.

Termal kameralar gecə nişangahı hesab edilsə də, ENVG-B binokulyarının FWS-I nişangahı ilə birləşməsi ABŞ əsgərlərinə gündüz saatlarında tüstü, duman və görmə qabiliyyətini məhdudlaşdıran digər hallarda işləməsinə imkan verəcəkdir. Gələcəkdə ENVG-B binokulyarının digər sistemlərdən, məsələn, pilotsuz uçuş aparatlarından görüntü qəbul etmək imkanlarına uyğunlaşdırılması da planlaşdırılır.

FB IMG 1619653830353

Əhəd Əzizov

Back to top button