
“Airbus” şirkəti 53-cü A400M “Atlas” hərbi nəqliyyat təyyarəsini Almaniya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon”un “Airbus”a istinadən verdiyi xəbərə görə, bununla da şirkət müqavilə üzrə Almaniya HHQ-yə A400M-lərin tədarükünü tamamlayıb.
A400M “Atlas” Almaniya Silahlı Qüvvələrinin əsas hava nəqliyyat platformalarından biri hesab olunur və şəxsi heyətin, ağır hərbi texnikanın, eləcə də humanitar yüklərin daşınmasında mühüm rol oynayır.
Dörd turbovintli mühərriklə təchiz olunan A400M ümumilikdə 44000 at gücü hasil edir və 750 km/saat maksimal sürətə çata bilir. Təyyarənin maksimum uçuş məsafəsi 8700 km-dən artıqdır ki, bu da onu uzunməsafəli əməliyyatlar üçün effektiv platformaya çevirir. Təyyarə 37 tonadək yükü 3300 km-dən çox məsafəyə daşımaq imkanına malikdir.






