SPEXER 2000 sahil radarı testləri müvəffəqiyyətlə keçdi

CASSIDIAN şirkəti yeni hazırladığı SPEXER 2000 sahil radarını bu gün ictimaiyyətə təqdim edib. Bu barədə “AzeriDefence”yə CASSIDIAN şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Cənubi Afrika, Fransa və Yaxın Şərq regionlarında testlərdən keçirilmiş radar kəskin hava şəraitlərində imkanlarını yüksək səviyyədə nümayiş etdirib. SPEXER 2000 pis hava şəraitlərində 20 km məsafəyədək kiçik və sürətlə hərəkət edən hədəfləri, həmçinin quruda kiçik bir obyekti təsbit edib.

Ən son AESA (Active Electronically Scanning Array) texnologiyasına əsaslanan SPEXER 2000 çoxfunksiyalılığı ilə digərlərindən seçilir. Bir SPEXER 2000 əvvəlki iki və ya daha çox adi radarı əvəz edə bilir. Radar yığcamlılığı ilə də fərqlənir. Bu üçayaq üzərində qurula bilir və onun üçün heç bir sığınacaq lazım deyil.

SPEXER 2000 sahilboyu ərazilər, neft yataqları, limanlar və dəniz infrastrukturun müşahidəsi üçün hesablanıb. Adi hava şəraitində 40 km məsafədə rezin qayıqlar da daxil olmaqla müxtəlif ölçülü üzmə vasitələrini izləyə və təsnif edə bilir. Şübhəli hədəflər bu radara taxılan yüksək dəqiqlikli kamera vasitəsi ilə də izlənə bilir.

KATEQORIYA: