
SSB şəhər təhlükəsizliyi ilə bağlı ASELSAN-a əlavə sistemlər sifariş edib
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ASELSAN şirkətinə əlavə “Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemi” sifariş edib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında ümumi dəyəri 2.9 milyard TL (110.3 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində tədarüklərin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb.