
STM şirkəti gəmi və PUA sistemlərini IDEAS-2022-də nümayiş etdirəcək
Türkiyə müdafiə sənayesi sektorunun qabaqcıl şirkətlərindən olan STM öz məhsul və həllərini 2022-ci ilin 15-18 noyabr tarixləri arasında Pakistanın Karaçi şəhərində keçiriləcək IDEAS müdafiə sənayesi sərgisində nümayiş etdirəcək.
STM-dən “Poliqon”a verilən məlumata görə, şirkət IDEAS 2022-də İstif” sinifinə aid freqatını, PNFT yanacaqdoldurma gəmisini, STM500 kiçik ölçülü sualtı qayığını və pilotsuz uçuş aparatı (PUA) sistemlərini sərgiləyəcək.
STM şirkətinin IDEAS-2022 sərgisində nümayiş etdirəcəyi pilotsuz uçuş aparatları arasında KARGU, TOGAN və ALPAGU PUA-ları yer alır.
Müasir və milli platformalar ilə IDEAS 2022 sərgisinə qatılacaqlarını deyən STM şirkətinin baş direktoru Özgür Güleryüz Pakistanla bugünə qədər əhəmiyyətli layihələrə imza atıldığını vurğulayıb: “Pakistan Donanması üçün dizayn etdiyimiz, Türkiyənin ölkə xaricində həyata keçirdiyi ən ağır tonlu hərbi gəmi inşa layihəsi olan “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT) PNS MOAWİN-i Karaçidə inşa edərək 2018-ci ildə təhvil verdik”.
“Pakistanın sahib olduğu “Agosta 90B” sinfi sualt qayıqlarının modernizasiyası ilə bağlı fəaliyyətlərimiz davam edir. Layihə çərçivəsində ilk sualtı qayığı təhvil verdik və digər ikisinin isə modernizasiya işlərini davam etdiririk. Türkiyə tərəfindən həyata keçiriləcək 4 ədəd Ada Sinfi Korvet Layihəsində də əsas güc qurğusu sisteminin tədarükü və intqerasiyasını yerinə yetiririk. Pakistanın müdafiəsinin gücünə-güc qatmaq üçün yeni əməkdaşlıqlara və işlərə imza atmaq istəyirik. Müasir və milli platformalarımızı IDEAS-da sərgiləyəcəyimiz üçün həyəcanlıyıq”, – deyə Özgür Güleryüz qeyd edib.