STM şirkəti STM500 sualtı qayığını ilk dəfə ADEX sərgisində təqdim edib
Bakıda keçirilən ADEX-2022 müdafiə sərgisində Türkiyənin STM şirkəti ilk dəfə STM500 sualtı qayığını ziyarətçilərə təqdim edib.
“Poliqon” xəbər verir ki, bundan əlavə şirkət sərgidə Azərbaycanın istəyi üzərinə dizayn olunan STM-MPAC hücum katerini, habelə MİLGEM freqatını, KARGU, ALPAGU və TOGAN pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirir.
Tamamilə Türkiyə mühəndisləri tərəfindən dizayn edilən kiçik ölçülü STM500 sualtı qayığı həm dayaz sularda, həm də açıq dəniz şəraitində fəaliyyət göstərə biləcək müasir texnoloji həlləri özündə cəmləşdirir. STM500 kəşfiyyat, xüsusi təyinatlı qüvvələrin əməliyyatları, sualtı müharibə kimi qlobal taktiki ehtiyaclara cavab verəcək şəkildə hazırlanıb və avadanlıqlar ilə təchiz olunub.
CATEGORIES Xəbərlər