STM təkmilləşdirilən PNS/M “Khalid” sualtı qayığını Pakistan HDQ-yə təhvil verib

STM təkmilləşdirilən PNS/M “Khalid” sualtı qayığını Pakistan HDQ-yə təhvil verib

Türkiyənin STM şirkəti tərəfindən təkmilləşdirilən PNS/M “Khalid” sualtı qayığı Pakistan Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” STM-yə istinadən xəbər verir ki, PNS/M “Khalid”in təhvilvermə mərasimində Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli həbçiləri, dövət və şirkət nümayəndələri iştirak edib.

Pakistan HDQ-nin silahlanmasındakı PNS/M “Khalid”, “Agosta 90B” sinifinə aid sualtı qayıqdır. Bu sinifə daxil olan sualtı qayıqlar (PNS/M “Hamza”, PNS/M “Khalid” və PNS/M SAAD) “Agosta 90B” modernləşdirmə layihəsi çərçivəsində STM şirkəti tərəfindən təkmilləşdirilir.

Modernləşdirmə layihəsi çərçivəsində sualtı qayıqların istismar müddəti artırılır, habelə mühərrik, gövdə və digər hissələri əsaslı təmir olunur. Eyni zamanda, sualtı qayıqlar Türkiyənin ASELSAN, HAVELSAN və digər şirkətlərinin istehsalı olan yeni elektron sistemlər ilə təchiz edilir.

“Agosta 90B” modernləşdirilmə layihəsi çərçivəsində Pakistan HDQ-yə ilk PNS/M “Hamza” sualtı qayığı 2021-ci ilin aprel ayında təhvil verilib. Pakistan HDQ 2022-ci ildə keçirilən SEASPARK-2022 təlimləri zamanı PNS/M “Hamza” sualtı qayığından atılan torpeda ilə hədəfi uğurla məvh edib.

Qeyd edək ki, hazırda sözügedən layihə əsasında üçüncü və sonuncu sualtı qayıq olan PNS/M SAAD üzərində təkmilləşdirmə işləri aparılır. Onun da ən yaxın müddət ərzində Pakistan HDQ-nin istimarına verilməsi planlaşdırılır.

Poliqon.az

CATEGORIES
TAGS