Su-34 döyüş təyyarələrinin növbəti partiyası sifarişçiyə çatdırılıb
“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Novosibirsk Aviasiya Zavodu” tərəfindən istehsal olunan Su-34 bombardmançı təyyarələrinin daha bir partiyası Rusiya Müdafiə Nazirliyinə çatdırılıb.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, növbəti Su-34 döyüş təyyarələri zavod sınaqlarından uğurla keçdikdən sonra Rusiyanın Hava-Kosmik Qüvvələrinə təhvil verilib.
Su-34 döyüş təyyarələrinin növbəti partiyasının sifarişçiyə çatdırılması ilə bağlı fikirlərini bölüşən “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Yuri Slyusar bildirib ki, hazırda UAC müəssisələri təyyarə istehsalını artırır: “Bunun üçün biz istehsal müəssisələrimizdə texnoloji və biznes proseslərini təkmilləşdirir, istehsal həcmini artırmaq üçün əlavə ehtiyatlar tapırıq”.