DünyaSənaye

Sudan iriçaplı snayper tüfəngini nümayiş etdirdi – FOTO

Sudan hərbi sənaye kompleksi ADY04 “Khawad-1” iriçaplı snayper tüfəngini ilk dəfə xarici hərbi mütəxəssislər üçün nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, Abu Dabidə İDEX-2017 sərgisində nümayiş olunan 12.7 mm çaplı snayper tüfəngi yarıavtomatik iş prinsipinə malikdir.

Sudan Müdafiə Sənayesi Korporasiyasının mütəxəssislərinin sözlərinə görə, snayper tüfəngi Amerikan M99 “Barret” snayper tüfənginin əsasında yaradılıb. Silah Sudan Ordusu tərəfindən istifadə edilir.

Çəkisi 13.6 kq, uzunluğu 1500 mm təşkil edən snayper tüfənginin effektiv atış məsafəsi 1500 metrdir. Snayper tüfəngi 5 patron tutumlu daraqla dəstləşdirilib.

sd1 e1487965888112

Back to top button