Sülhməramlıların yerləşdiyi ərazidən Şuşa yenidən atəşə tutulub

Sülhməramlıların yerləşdiyi ərazidən Şuşa yenidən atəşə tutulub

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur” –deyə Nazirlikdən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS