Xəbərlər

SVÇ snayper tüfənginin dövlət sınaqları bu il başa çatacaq

Draqunovun 7,62×54 mm-lik SVD snayper tüfəngini əvəz etmək üçün hazırlanmış yeni perspektivli SVÇ Çukavinin snayper tüfənginin (snayperskaya vintovka Çukavina) dövlət sınaqları bu ilin sonunadək başa çatacaq.

Bu barədə “Poliqon”a “Kalaşnikov” konserninin mətbuat xidmətindən məlumat verilib.

Konserndən, hazırda yeni snayper tüfəngin prototiplərinin qoşunlarda dövlət sınaqlarından keçdiyini, sınaqların tamamlanmasının isə bu ilin sonuna planlaşdırıldığı bildirilib. Daha əvvəl “Kalaşnikov” konserni SVÇ snayper tüfənglərinin kütləvi istehsalına 2021-ci ildə başlamağı planlaşdırırdı.

SVÇ snayper tüfəngi, Müdafiə Nazirliyinin tapşırığı ilə artıq köhnəlmiş SVD snayper tüfəngini (snayperskaya vintovka Draqunova) əvəz etmək üçün “Kalaşnikov” konserni tərəfindən hazırlanıb. SVÇ snayper tüfəngi ilk dəfə 2017-ci ildə “Armiya-2017” forumunda ictimaiyyətə nümayiş etdirilib.

Tüfəng əvvəldən üç çapda – 7,62x54R, 7,62×51 NATO (.308 Win) və .338 Lapua Magnum (8.6×70 mm) çaplarında yaradılıb. Qeyd edək ki, 7,62x54R çaplı SVÇ tüfəngi, SVD snayper tüfənginin maqazinləri ilə tam uyğun gəlir. Standart maqazinin tutumu 10 patrondur. Lakin, artırılmış 15 və ya 20 patron tutumlu maqazinlər də mövcuddur.

Versiyadan asılı olaraq SVÇ snayper tüfənginin uzunluğu 995 mm ilə 1015 mm arasında dəyişir. Boş maqazin və quraşdırılmış optik nişangahla birlikdə kütləsi 4,2 kiloqramdır. Silah 410 millimetr uzunluğa malik lülə ilə təchiz edilib. Nişangah məsafəsi 1200 metrdir.

Eyni vaxtda “Kalaşnikov” konserni, SVD snayper tüfəngini də unutmaq niyyətində deyil. Konsern, SVD snayper tüfənginin yeni nişangahlara uyğunlaşdırma da daxil olmaqla, müasir materiallardan və həllərdən istifadə edərək təkmilləşdirilməsi variantlarını təklif edir. Konserndən bildirilir ki, hazırda özünün effektivliyini sübut edən bir neçə yüz min SVD snayper tüfəngi dünya silahlı qüvvələrində silahlanmada yer alır.

SVC snayper

SVC snayper1 1

Əhəd Əzizov

Poliqon.az

Back to top button