Xəbərlər

Təkmilləşdirilmiş BMP-2M PDM partiyası qoşunlara çatdırılıb

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinə təkmilləşdirilmiş BMP-2M piyadanın döyüş maşınlarının 8 ədəddən ibarət partiyası təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, BMP-2M döyüş texnikaları Çelyabinsk vilayətində yerləşən iki dəfə Qırmızı Bayraqlı Vitebsk-Novqorod qvardiya tank diviziyasının motoatıcı bölmələrinin silahlanmasına daxil edilib.

BMP-2M piyadanın döyüş maşını komandir və tuşlayıcının gündüz və gecə vahid şəkildə hərəkət etməsinə imkan verən avtomatik atəşi idarəetmə sisteminə malikdir. Döyüş maşınında düşmənin radioelektron təsiri şəraitində sabit işləyə bilən yeni R-168 “Akveduk” radiostansiyası quraşdırılıb.

Bundan əvvəl, 2022-ci ilin sonunadək birliklərin “Berejok” döyüş modulu quraşdırılaraq təkmilləşdirilmiş 124 ədəd BMP-2M alacağı barədə məlumatlar paylaşılmışdı.

Hazırda dünya orduları çapında BMP-2 ən kütləvi yayılmış piyada döyüş maşınlarından biridir. Əsgərləri cəbhə bölgəsinə daşımaq, onların hərəkətliliyini, silahlanmasını və təhlükəsizliyini, o cümlədən nüvə silahı tətbiq edilərkən, artırmaq üçün konstruksiya edilib. Döyüş maşını 1980-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinun silahlanmasına qəbul edilmiş və 1990-cı ilə qədər istehsal olunmuşdur. Hazırda Rusiya ordusunda 5000 ədəddən artıq BMP-2 piyadanın döyüş maşını istismar edilir.

BMP-2M PDM təkmilləşdirilməsi zamanı gecəgörmə funksiyasına malik olan yeni panorama nişanalma və müşahidə cihazları, həmçinin yeni radiostansiyası quraşdırılıb. Döyüş maşını klassik BMP-2 PDM qülləsi olan, lakin yeni silahlarla təchiz edilmiş iki yerlik “Berejok” döyüş modulu ilə təchiz edilib.

BMP-2M PDM, müasir 9K123 “Kornet” tank əleyhinə idarəolunan raket kompleksi, eləcə də əvəzedilməz 30 mm-lik 2A42 avtomatik topu, 7,62 mm-lik PKTM pulemyotu və 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı ilə silahlandırılıb.

Burada xatırlatmaq yerinə düşər ki, sözügedən diviziyanın tank bölmələri keçən ilin oktyabr ayında on ədəd T-72B3M təkmilləşdirilmiş əsas döyüş tankı ilə də təchiz edilmişdir. Tanklar yeni mühərrik, daxili passiv və aktiv qoruma kompleksi, habelə R-168 “Akveduk” radiostansiyası, termal kameralı “Sosna-U” çoxkanallı nişangahla təchiz edilib. Alınan tanklar müvafiq hazırlıq keçdikdən sonra diviziyanın 2020-ci il üçün nəzarət yoxlanışına cəlb ediliblər.

Daha əvvəl xəbər verildiyi kimi, T-72B3M tankı 1130 at gücünə sahib B-92S2F mühərriki, avtomatik sürətlər qutusu, tankın qülləsində və gövdəsində “Relikt” dinamik mühafizə, daha etibarlı tırtıl bəndləri quraşdırılıb. Tank həmçinin yüksəldilmiş lülə resursuna malik yeni 125 mm 2A46M-5 tank topu ilə təchiz edilib.

Təkmilləşdirilmiş BMP-2M və T-72B3M döyüş texnikaları yeni texnologiya, mürəkkəb manevr qabiliyyəti və zireh qorunması sayəsində birləşmənin döyüş qabiliyyətini artırıb.

Məlumat üçün bildirək ki, Mərkəzi Hərbi Dairənin iki dəfə Qırmızı Bayraqlı Vitebsk-Novqorod qvardiya tank diviziyası 1 dekabr 2016-cı ildə təxsis edilmişdir. Diviziyanın tərkibinə 3 tank, 1 motoatıcı və 1 özüyeriyən artilleriya alayları, 1 zenit-raket divizionu, 1 kəşfiyyat və 1 mühəndis taburu, döyüş, maddi-texniki və texniki dəstək hissələri və bölmələri daxildir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button