T-14 “Armata” tankı Suriyada real döyüş şəraitində sınaqdan keçirilib
Rusiyanın T-14 “Armata” tankının Suriyada müharibə şəraitində sınaqları keçirilib.
“AzeriDefence”nin məlumatına görə, bunu Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov deyib.
Nazir bildirib ki, T-14 “Armata” tankının Silahlı Qüvvələrə seriyalı tədarükü 2021-ci ildə başlayacaq: “Döyüş şəraitində sınaqlar Rusiya ordusuna veriləcək tankın son görnüşünü formalaşdırmağa kömək edəcək.
T-14 bahalı tankdır. Yüksək qiymət yalnız qabaqcıl dizaynla deyil, əlavə testlər və modernləşdirmə dövrü ilə də əlaqədardır. İstehsal həcmi artdıqca, “Armata”nın qiyməti də azalacaq”.
Nazir bildirib ki, Rusiya ordusu T-14 “Armata” tankı ilə təmin edildikdən sonra, xarici ölkələrə ixracı da həyata keçiriləcək. Onun sözlərinə görə, xarici müştərilər arasında T-14 “Armata” tankına maraq böyükdür.
Qeyd edək ki, T-14 “Armata” İkinci dünya müharibsindən sonra istehsalına başlanan tankların üçüncü nəsili hesab olunur. Həmçinin bax: Son nəsil “Armata” tankının seriyalı istehsalına başlamaq qərarı verilib