
Rusiyanın “Uralvaqonzavod” şirkəti T-90 tankının yeni versiyasının görüntüsünü yayıb.
“AzeriDefence”nin məlumatına görə, foto şirkətin sosial şəbəkədəki səhifəsində paylaşılıb.
Tank yalnız Rusiya Ordusunun silahlanması üçün nəzərdə tutulub.
T-90M adlandırılan bu versiyasında tank yeni konstruksiyada yaradılmış qüllə ilə təchiz olunub. Bundan başqa tankda modernləşdirilmiş 125 mm-lik top və yeni atəşin idarə edilməsi sistemi qurulub.
Rusiya hərbçilərinin tələb və təklifləri əsasında həyata keçirilən yeniliklər haqda daha ətraflı məlumat isə verilməyib.




