Tanzaniya xüsusi təyinatlıları “Gilboa DBR Snake” avtomatları ilə silahlanıb

Tanzaniya xüsusi təyinatlıları “Gilboa DBR Snake” avtomatları ilə silahlanıb

Tanzaniyanın xüsusi təyinatlıları iki lüləli “Gilboa DBR Snake” avtomatları ilə silahlanıb.

“Poliqon”un məlumatına görə, Zənzibar İnqilabı Gününə həsr olunmuş paradda Tanzaniya Ordusunun xüsusi təyinatlı bölmələrinin əsgərləri qeyri-adi iki lüləli “Gilboa DBR Snake” avtomatları ilə silahlanmışdılar.

Tanzaniya xüsusi təyinatlılarının 50 nəfərlik parad heyətlərinin hər biri İsrailin “Silver Shadow” şirkəti tərəfindən istehsal olunan iki lüləli “Gilboa DBR Snake” avtomatını daşıyıb. Portalın məlumatına görə, bu, dünyada hərbçilərin iki lüləli yivli atıcı silahlarla silahlanmasını təsdiqləyən ilk haldır.

“Gilboa DBR Snake” qoşalaşdırılmış patron maqazinlərindən qidalanan 5,56 mm-lik AR-15 bazasında yaradılmış iki lüləki avtomatik tüfəngdir. Belə bir silahın boş vəziyyətdə çəkisi 5,15 kq-dır. Avtomatın hərbi versiyası tətiyi bir dəfə çəkərək iki güllə atır, mülki versiyası isə hər lülə üçün ayrıca tətiklə təchiz olunub.

silah1

silah2

silah3

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS