Tayvan hərbi aviasiya parkını gücləndirir

Tayvan hərbi aviasiya parkını gücləndirir

Tayvan hökuməti adanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə gələn il yeni döyüş təyyarələri almaq üçün 1,4 milyard ABŞ dolları pul ayırıb.

“Poliqon” xəbər verir ki, bu maliyyə vəsaiti Tayvan Prezidentinin təsdiq etdiyi 2022-ci il üçün 16.8 milyard dollarlıq müdafiə büdcəsinin bir hissəsidir.

Tayvan Silahlı Qüvvələrinin əldə edəcəyi döyüş təyyarələri haqqında ətraflı məlumat verilməyib. Lakin ekspertlər iddia edir ki, adanın müdafiə qabiliyyətinin gücləndirilməsi proqramı çərçivəsində Tayvan ABŞ-dan “Lockheed Martin” şirkətinin istehsalı olan F-16 döyüş təyyarələri alacaq.

Qeyd edək ki, 2019-cu ildə ABŞ Tayvana 8 milyard dollar dəyərində F-16 döyüş təyyarələrinin satışını təsdiqləyib. Bununla dünyanın ən böyük F-16 donanması olan adanın aviasiya parkında yer alan döyüş təyyarələrinin ümumi sayı 200-dən artıq olacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS