
Türkiyənin “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) şirkəti ABŞ Donanmasının LM2500 dəniz qaz turbinlərinin depo səviyyəsində texniki xidmətini və yenidən baxımını həyata keçirəcək.
“Poliqon” TEI-yə istinadən xəbər verir ki, bununla bağlı tərəflər 45.6 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
2026-cı ilin oktyabr ayına qədər davam edəcək müqaviləyə əsasən, ABŞ Donanması tərəfindən istifadə edilən LM2500 mühərrikləri üçün depo səviyyəsində texniki xidmət və yenidən baxım fəaliyyətləri 14 ay ərzində TEI-nin müəssisələrində aparılacaq.
Qeyd edək ki, 2023-cü ildə TEI şirkəti ilə mühərrik istehsalçısı olan “GE Marine” arasında müqavilə imzalanıb. Bu müqavilə ilə TEI-nin qlobal səviyyədə LM2500 mühərriklərinə baxım, təmir və təftiş xidmətləri göstərəcək mərkəz olması üçün ilk addım atılıb.




