Təkmilləşdirilən MiQ-31-lər Rusiya Müdafiə Nazirliyinə təhvil verilib
“Birləşmiş Aviasiya Korporasiyası”nın Nijni Novqorod Aviasiya Zavodu “Sokol” tərəfindən təmir edilən və təkmilləşdirilən növbəti MiQ-31 döyüş təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla da Nijni Novqorod Aviasiya Zavodu “Sokol” MiQ-31-lərlə bağlı 2023-cü ilin dövlət müdafiə sifarişini başa çatdırıb.
Təkmilləşdirmə nəticəsində MiQ-31 qırıcılarının yüksək uçuş performansı saxlanılmaqla xidmət ömrü və imkanları artırılıb.