Təkmilləşdirilmiş MiQ-31-lərin növbəti partiyası sifarişçiyə çatdırılıb

Təkmilləşdirilmiş MiQ-31-lərin növbəti partiyası sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” təkmilləşdirilmiş MiQ-31 döyüş təyyarələrinin növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, MiQ-31-lər “Birləşmiş Aviasiya Korporasiyası”nın Nijni Novqorod Aviasiya Zavodu “Sokol” tərəfindən təmir edilib və təkmilləşdirilib.

Təkmilləşdirmə nəticəsində MiQ-31 qırıcılarının yüksək uçuş performansı saxlanılmaqla xidmət ömrü və imkanları artırılıb.

MiQ-31-lərlə bağlı fikirlərini bölüşən “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Yuri Slyusar qeyd edib ki, bu qırıcıların təkmilləşdirilməsi Nijni Novqorod Aviasiya Zavodu “Sokol”un əsas fəaliyyətlərindəndir.

Poliqon.az

CATEGORIES
TAGS