TİSAŞ-dan 30 ölkəyə tapança

Türkiyədə tapança istehsalı üzrə aparıcı şirkətlərdən olan TİSAŞ xaricə silah ixracını ilbəil artırır.ADN-in məlumatına görə, hazırda Türkiyənin daxili bazarında 20% paya malik olan şirkət 2008-ci ildə 9 884, 2009-cu ildə 10 772, 2010-ci ildə isə 12 864 ədə tapança ixrac edib. 2010-cu ildə istehsal etdiyi silahları 70%-ni başda ABŞ olmaq üzrə Pakistan, Azərbaycan, Peru, Burkina Faso, Almaniya, Paraqvay, Misir, Efiopiya, Suriya, Kosta Rika, Qvetemala, Kolumbiya, İtaliya və İran daxil olmaqıa 30 ölkəyə ixrac edən TİSAŞ 4 492 817 dollar gəlir əldə edib.

Şirkət Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən “Zigana K” və “Zigana F” modellərinin “nou-hau” olaraq Azərbaycanda istehsalına icazə verib. “Zəfər”, “Zəfər-K” və “İnam” adı ilə Bakıda istehsal edilən bu tapançalar Azərbaycan Müdafiə Nazirliyinin heyət (tabel) silahı olaraq seçilib. Bu tapançaların 17 detalı Azərbaycanda, 41 detalı isə Türkiyədə istehsal edilərək Silahlı Qüvvələrin istifadəsinə təqdim olunacaq.

Qeyd edək ki, TİSAŞ 2008-ci ildən etibarən ABŞ-ın əfsanə silahı kimi tanınan “Colt 1911 A1” model tapançanı “ZİG M 1911” və “REGENT” adları ilə istehsal edir. Soyuq döymə metodu ilə lülənin hazırlanması nəticəsində tapançalar 25 min atış zəmanəti verilir.

CATEGORIES