Müdafiə
Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verildi

Azərbaycan prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilməsinə dair sərəncam imzalayıb.
Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verib.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.




